Neo-Qobustan

 

Müəlliflər: Teymur Daimi, İlqar Tahiri

 

Vaxt: 1999

 

Yer: Quba, Azərbaycan

 

 

Oktyabrın 31-i, Quba yaxınlığındakı Şahdağın qarlı ətəkləri görünən mənzərəli yerdə, iki Bakı rəssamı İlqar Tahiri və Teymur Daimi tərəfindən “Neo-Qobustan və ya daşın qutlanması” adlı bədii layihə həyata keçirilmişdir. Rəssamlar, realizə forması olaraq qeyri-ənənəvi sənət formasını seçmişlər – performansla land-artın özünəməxsus sintezi. Layihənin əsas məqsədi – Qobustanı yaratmış “ibtidai” rəssamlarla dialoqdur. Bizim işimiz zahirən çox sadə görünürdü. Biz dağ çayı sahilindəki cazibədar daşlara kömür və rəngli təbaşirlərlə rəsmlər çəkdik. Sanki, elə də bir iş deyil. Amma bunun mənası yaradıcı prosesin özünün gedişatı idi. İlk zrəssamların hərəkət və “kosmik ritmi” ilə bizim fiziki hərəkətlərimizin, müəyyən mənada, vəhdəti vasitəsilə, performansın yeganə iştirakçıları olan biz, şüurun xüsusi meditativ vəiyyətinə nail olduq və bu bizim qədim qaya təsvirləri yaranan ruhi mühitə daxil olmağımız üçün şərait yaratdı. Nəticədə, biz, fəal ünsiyyət – keçmişin dahi rəssamları ilə dialoq imkanı qazandıq, özü də metaforik deyil, sözün əsl mənasında. Bəlkə də bu inandırıcı deyil, amma yeni elm sahələrinin – misal üçün, bioenerqoinformatika, - işığında bunu çox asanlıqla izah etmək mümkündür. Öz daxilində intuitiv düşüncə tərzini formalaşdıraraq, müasir rəssam, planetin universal enerji sahəsinə daxil olmağa qabildir – o sahəyə ki, orada nə keçmiş, nə indiki, nə də gələcək var, orada yalnız Əbədiyyətdir.Bu səviyyədə o, kiminlə istəsə canlı ünsiyyət qura bilər.

 

Qobustan nə deməkdir ki? Yüksək sürət, kino, televiziya, videoklip, mürəkkəb kompüter texnologiyaları dövründə yaşayan müasir insan üçün bura – heç bir gözəgəlimliyi olmayan primitiv bir yerdir. Əcaib qayalar, üstünə az qala uşaq çəkən rəsmlər kimi “bacarıqsız!” şəkildə təsvirlər həkk olunmuş daşlar, vəssalam. Əslində isə bu daşlar yalnızca qalıqlardır, nəhəng bir mədəniyyətin təcəssümüdür, elə bir mədəniyyətin ki, əsl gerçəkliyi – daşlara həkk olunmuş mənəvi-emosional haldan ibarətdir. Müasirlikdən dəfələrlə saf (Mənbəyə yaxın olması səbəbindən) və çox şeyə görə yüksək olan bu heyranedici mədəniyyətə qovuşmaq – rəssamların başlıca məramlarıdır.

 

Bu proyektin daha bir vacib konseptual baxışı da – Daşı Qutlamaq ayinidir. Ayin, başqa obyektlər kimi daşın da simvolizə edilməsi üzrə, magik əməliyyatdan başqa bir şey deyil. Rəmzi təsvirləri üzərinə çəkmək vasitəsilə Daşın Qutlanması, Onu Dünyanın Mərkəzi ilə ontoloji əlaqədə olan öz arxetipinə qaytarır. Bu mental əməliyyat daşın maddi olması anlayışını ləğv edir, yəni daş – fiziki bərklikdən, molekulyar-atomar obyekt olmaqdan çıxır və Varlığın özünü öz içindən keçirən şəffaf bir nəsnəyə çevrilir.