Oyanış

 

Vaxt: 2003

 

 

”Oyanış” layıhəsi dünya ezoterik Ənənəsinin ən önəmli ideyalarından biri olan – Ruhani Oyanış, Aydınlanma ideyasının suqqestiv reprezentasiyasına həsr edililibdir... Filmin əsas elementi – sözün geniş mənasında işlənən canlı məxluq simvolu olan tısbağadır. Tısbağa heykəl fiquru — Buddizmdə “Sansara” termini ilə adlandırılan daimi Doğuş və Ölüm çarxına məhkum edilmiş məxluqu təmsil edir. Oyanış məqamınadək canlı məxluq sonsuz Doğuş və Ölüm axınındadır və bundan xilas ola bilmir. Sansaranın tale dairəsini yarmağın və Ruhani Azadlığa nail olmanın yeganə yolu Oyanışa çatmaqdır. Şüurun oyanmış vəziyyətini filmdə canlı tısbağa simvolizə edir.

 

 

               
           
               
                 
                 
           
                 
 

 

 

 
AWAKENING from Teymur Daimi on Vimeo.